• Только для взрослых
  • Военные игры
  • Крутые тачки
  • ISLAM AZERBAYCAN ﷲ
    добавил видео
    22.04.2022
    • Пожаловаться
    Видео доступна только в полной версии Мой Мир.
    Полная версия
    Ramazan ayında sağlam qidalanmanın 9 qızıl qaydası
    Ramazanda sağlam qidalanmanın 9 qızıl qaydasıRamazan ayında baş ağrısı, əsəbilik və yorğunluq kimi narahatlıqların qarşısını almaq üçün təkcə çalışanlar deyil, oruc tutan hər kəs mütləq imsaka qalxmalıdır. Yorğunluğun qarşısını almaq üçün bitki çaylarından dəstək almağı məsləhət görürlər. Oruc tutarkən mütləq balanslaşdırılmış qidalanma proqramına əməl etmək lazımdır.1. Mütləq imsaka qalxın!İmsak vaxtı oyanmamaq ciddi sağlamlıq problemlərinə yol açır və xroniki yorğunluğa səbəb olur. Səhər yemədən oruc tutduqda acqalma müddəti artır, metabolik sürət düşür, halsızlıq, baş ağrısı, yorğunluq və diqqət pozğunluğu kimi hallar müşahidə olunur. Uzunmüddətli aclıqdan sonra gün ərzində qan şəkəri də düşür.İmsak menyusunda pendir növləri və yumurta kimi zülal qaynağı olan qidalar iştirak etməlidir. Sosiska, kolbasa və bu kimi məhsullar imsak üçün olduqca ağır və yağlı qidalar olduğundan yeməmək məsləhətdir. Şəkərli məhsullar isə tez acmanıza səbəb olduğu üçün bu qidaları axşama saxlayın. Zeytun barəsində də diqqətli olun. Belə ki, 5-6 zeytundan çox yeməyin. Zeytunun duzu çox olduğundan insan tez susayır.2. İmsakda və iftarda bol su içməyi unutmayınSu nə üçün vacib və niyə bu qədər lazımlıdır? Hər bir orqanizm hüceyrəsi toxuması, orqanı suya ehtiyac duyur. Bu səbəbdən, bədəni ehtiyacı olduğu su ilə təmin etmək lazımdır. Su, əslində, bədənin ən çox ehtiyac duyduğu qida elementidir. Bədəndəki maye miqdarının 20 faiz azalması isə həyati risk yaradır. Ramazan ayı isti günlərə təsadüf etdiyi üçün iftarda və imsakda daha çoxlu su içməyə çalışın. Su toksinlərin bədəndən atılmasını təmin edir, qidaların həzmini yaxşılaşdırır. Bədən temperaturunun tənzimlənməsi üçün çox əhəmiyyətlidir.3. İftar süfrəsində başınız ancaq yeməyə qarışmasınGün əzrində ac qalan mədəni iftar vaxtı birdən-birə yükləmək olmaz. Bu, ürək sağlamlığına mənfi təsir göstərir. Az-az və tez-tez qidalanmaq lazımdır. Yemək yeyərkən tələsməyin.4. İftarla imsak arasında fasilələrlə qəlyanaltı edinAdi gündə 3 dəfə qidalanırıq, həm də qəlyanaltı edirik. Amma Ramazanda bu say iki dəfəyə düşür. Bədəni lazım olan vitamin və minerallarla təmin etmək üçün iftarla imsak arasında fasilələrlə yüngül qəlyanaltılar edə bilərsiniz.5. Qatıq, doğramac və ya ayran iftar süfrəsinin inciləridirİftar vaxtı orucunuzu su və xurmayla açdıqdan sonra şorba, salat kimi yüngül qidalarla iftara davam edin. Əsas yeməyə keçməzdən əvvəl 5 - 10 dəqiqə gözləyin. Bu, mədəni rahatlaşdırır. Əsas yemək kimi nə bişirməyinizdən asılı olmayaraq, yanında mütləq qatıq, ayran və ya doğramac yeyin.6. Şirniyyat yeməyi təxirə salınYeməkdən 1 - 2 saat sonra hər gün olmamaq şərti ilə şirniyyat yeyə bilərsiniz. Lakin üstünlük verəcəyiniz şirniyyatın kremli olmamasına diqqət edin. Ramazan aylarında daha yüngül desertlərə, kokteyllərə üstünlük verin. Xüsusilə, mövsüm meyvələrindən hazırlanan südlü şirniyyatlar, ya da dondurma Ramazan ayının əvəzolunmazıdır.7. Qızarmış və duzlu qidalar yeməyin:Qızartma və ya duzlu qidalar gün ərzində susuzluq yaradır. Bu isə təzyiq və ödəm kimi sağlamlıq problemlərinə yol açır. İftar və imsakda qızartma, turşu, sucuq kimi qidalardan, kremli şirniyyatlardan uzaq durun. Tərkibində ədviyyatı çox olan yeməklər gün ərzində daha çox susamanıza səbəb olar.8. Çiy meyvə və tərəvəzlər imsak və iftar süfrəsindən əskik olmasınGün ərzində qan şəkərinin düşməsini əngəlləmək, mədə boşalmasını gecikdirmək üçün imsakda protein və lif baxımından zəngin qidalara üstünlük verilməsi daha məqsədəuyğun olar.9. Bitki çaylarından faydalanınİmsak və iftardan sonra bitki çayları için. Bitki çayları həzm sistemini yaxşılaşdırır, yorğunluğu aradan qaldırır. Xüsusi ilə darçınlı çaylar qan şəkərinin aşağı düşməsini əngəlləyir, toxluq hissi verir. Darçın mədənin gec boşalmasını təmin edəcəyi üçün gün ərzində aclıq hissinin daha gec əmələ gəlməsinə səbəb olur.İftardan sonra rozmarin, kəklikotu, gilas saplağı kimi bitki çayları həzm sistemini yaxşılaşdırır, metabolizmi sürətləndirir və ödəm problemini aradan qaldırır. Ancaq bitkilərin effektli olması haradan toplandığı məlum olan, etibarlı markaları istifadə edin.

      Комментарии