• Только для взрослых
  • Военные игры
  • Крутые тачки
  • BÜTÖV AZERBAYCAN BİRLİYİ
    добавил видео
    13.06.2015
    • Пожаловаться
    Видео доступна только в полной версии Мой Мир.
    Полная версия
    Vuqar Yasamalli & Orxan - Kim Ne Deyer Bizde Olan Qeyrete
    Kim nə deyər bizdə olan qeyrətə?! Qeyrətimiz bəlli bütün millətə!.. Biz qoca qafqazlı qoca ərlərik Cümlə hünərməndlərik, nərlərik, İş görəcək yerdə söz əzbərlərik Aşiqlik ancaq quru, boş söhbətə, Kim nə deyər bizdə olan qeyrətə?! Çırmanırıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş, Söz verərik indi - bir ay gəlməmiş, Asta qaçıb dürtülərik xəlvətə, Kim nə deyər bizdə olan qeyrətə?! Cümlə cahan yatsa da biz yatmarıq, Qeyrəti-milliyəmizi atmarıq, Əhlimizi başqalara satmarıq, Bir quruşa, bir pula, ya bir çetə, Kim nə deyər bizdə olan qeyrətə?! Bizdə görünməz nə fəsadü nifaq, İşləmədə bir-birimizdən qoçaq Bax, budur islamı gətirrik qabaq; Böyləcə xidmət olunur millətə, Kim nə deyər bizdə olan qeyrətə?! Bir işə min hümmətimiz var bizim! Bax, necə cəmiyyətimiz var bizim! Bundan gözəl niyyətimiz var bizim; Ay bərəkallah bu gözəl niyyətə! Kim nə deyər bizdə olan qeyrətə?! Hansı məkatib ki, onu açmadıq? Hansı sənaye ki, para saçmadıq? Verdiyimiz sözdən uzaq qaçmadıq; İşlərimiz mindi bütün surətə!.. Kim nə deyər bizdə olan qeyrətə?! Bax, necə darüləcəzə, dari-elm! Bir-neçə məktəb, neçə asari-elm! Bizlərik, əlbətdə, xərdari-elm! Çatmışıq ondansı belə hörmətə!... Kim nə deyər bizdə olan qeyrətə?! Bizdə nə fələ tapılar, nə gəda, Bizdə nə sail və nə bir binava, Bəxtəvər övladımıza mərhaba! Baş aparıb hər biri bir sənətə!.. Kim nə deyər bizdə olan qeyrətə?! Etmişik ifa atalıq mehrini, Çəkmişik övladımızın fikrini, Ömrümüzün olsa, görərik bəhrini, Fəxr edərik biz də bütün millətə! Kim nə deyər bizdə olan qeyrətə?!

      Комментарии