• Отдохни от забот
  • Стань королевой
  • Для милых дам
  • BÜTÖV AZERBAYCAN BİRLİYİ
    добавил видео
    14.06.2015
    • Пожаловаться
    Видео доступна только в полной версии Мой Мир.
    Полная версия
    "Yaşa, yaşa ey şanlı Azərbaycan!"- Məhəmməd Əmin Rəsulzadə
    Azərbaycan Xalq Cümhuriyyəti qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadədir 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilini «Rus-Müsəlman Məktəbi»ndə, orta təhsilini Bakı Texniki Məktəbində alan Rəsulzadə 1902-1907-ci illərdə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk təşkilat yaradır və ədəbi-siyasi fəaliyyətə başlayır..1908-ci ildə çar təqibləri üzündən Rəsulzadə vətəni tərk edən M.Ə.Rəsulzadə İrana getməyə məcbur olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür, İranda şah rejiminə qarşı inqilabın əsas rəhbərlərindən biri olur. 1911-ci ildə İrandakı təqiblərə görə Rəsulzadə Türkiyəyə mühacirət edir və «Türk Yurdu » adlı jurnalın fəal yazarlarından olur. 1913-cü ildə vətənə qayıdan Rəsulzadə Azərbaycanın bütün qəzalarında, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Cənubi Azərbaycan, İran və Türkiyədə Müsavat Partiyasının şöbələrini açır. Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili və eyni zamanda Azərbaycan Milli Şurasının sədri seçilir.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilir. Rəsulzadə və şura üzvləri İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər. Bütün ölkələrin radiostansiya və qəzetləri Azərbaycanın müstəqilliyi xəbərini dünyaya yayır.1920-ci il aprelin 28-də isə Rusiyanın Azərbaycana hücumundan sonra Rəsulzadə Lahıcda həbs olunur. Bundan xəbər tutan Stalin özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad etdirir. Bununla Stalın 1905-də onu ölümden qurtaran keçmiş inqilabçı dostu Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirir. Stalin Rəsulzadəni Moskvaya aparıb Millətlər Komissarlığında yüksək vəzifəyə təyin edir.Ancaq 1922-ci ildə Rəsulzadə elmi tədqiqat adı ilə Peterburqa, oradan isə dostlarının yardımıyla Finlandiyaya gedir. Beləliklə, Rəsulzadənin mühacirət dövrü başlayır.1947-ci ildə Rəsulzadə Türkiyəyə (Ankaraya) köçür və ömrünün sonuna qədər orada yaşayır. Rəsulzadənin xalqımızın tarixi ilə bağlı əsərləri və məqalələri müxtəlif dillərdə çap olunur.Ankara Universitetinin tibb fakültəsi klinikasında şəkər xəstəliyindən müalicə olunan Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da saat 23:10-da 3 dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» deyərək əbədiyyətə qovuşur.Website: http://kanal13.tv/Facebook Official Page: http://www.facebook.com/tvkanal13Facebook FanPage: http://www.facebook.com/djavid.djonTwitter: https://twitter.com/#!/Kanal13_Bakuhttp://www.odnoklassniki.ru/profile/544190215156VK: http://vk.com/id197711591Mail.Ru: http://my.mail.ru/mail/tvkanal13/Click & Subscribe to the main youtube Channel:http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1Online Radio BakuFm: http://baku.fm/Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan

      Комментарии