• Отдохни от забот
  • Стань королевой
  • Для милых дам
  • BÜTÖV AZERBAYCAN BİRLİYİ
    добавил видео
    30.05.2015
    • Пожаловаться
    Видео доступна только в полной версии Мой Мир.
    Полная версия
    MARŞ 30.05.2015☾✵MD Patriot Azerbaycan!
    MARŞ 30.05.2015☾✵MD Patriot Azerbaycan!Yayımlandığı ilk gündən gənclərin hərbivətənpərvərlik ruhunu artıran "Marş" yeni mövsümdən yenə də sizinlədi. Bu mövsümdən etibarən "Marş" sizə yeniliklərini təqdim edəcək. Yenə də Vətənimizin taleyinin həll olunduğu cəbhə xəttindən ayrılmadan hərbə aid olan və sizin görüb bilmədiyiniz müxtəlif hadisə və yenilikləri təqdim edəcəyik. Maraqla qarşılanan "Arsenal" və "Müharibə olduğu kimi" rubrikalarımızda da yeniliklərin şahid olacaqsız. Ayrı-ayrı müharibələrin, döyüşlərin tarixindən, tanıdığınız və tanımadığınız sərkərdələrin, azərbaycanlı qəhramanların keçdiyi döyüş yolundan maraqlı materiallar izləyəcək, "Arsenal" rubrikasında isə ölkəmizdə və dünyada istehsal olunan ən yeni döyüş vasitələri, silah və texnikalarla tanış ola biləcəksiniz.Layihə əyləncə və maarifləndirici xarakter daşıyır. Əsas məqsəd tamaşaçıları Silahlı Qüvvələrdə xidmət keçmə qaydaları ilə məlumatlandırmaq, zabit və əsgərlərin gündəlik həyatı, hərbi texnikanın yeni növləri ilə daha yaxından tanış etmək, yeniyetmə və gənclərimizdə döyüş və vətənpərvərlik ruhunu oyatmaqdı.Verilişdə nəzərdə tutulan rubrikalar:1. "Gözlə məni" - əsgər salamları verilir, əsgər doğmalarının onlara SMS vasitəsi ilə göndərdikləri məktublar studiyada aparıcı tərəfindən səsləndirilir.2. "Arsenal" – bu rubrikada Azərbaycan Müdafiə Sənayesi müəsisələrində istehsal olunan silahlarlardan, digər ölkələrdə istehsal olunan silah sursat və hərbi texnikaların döyüş və taktiki xüsusiyyətlərindən danışılır.3. "Bilmək borcundur" – verilişin bu bölümündə isə ordumuzda xidmətə çağırış və xidmətkeçmə qaydaları, eləcə də hərbi fərqlənmə nişanları haqqında məlumat verilir.4. "Hərbi xəbər" – Azərbaycan və dünya ordularının həyatında həftə ərzində baş verən mühüm hadisələr.5. "Tarixin döyüşləri, döyüşlərin tarixi" – Qədim dövrlərdən başlayaraq Azərbaycanın tarixində baş verən savaşlardakı döyüşlər haqqında. Bundan başqa həftə ərzində təqvimdə olan hərbi tarixi hadisə və şəxsiyyətlər haqda məlumat verilir.6. "Müharibə olduğu kimi" – Qarabağ və dünya savaşlarından və digər münaqişə ocaqlarından arxiv görüntülərinin şərhsiz verilməsi.Beləliklə, bütün bunları hər şənbə saat 15:20-də Rahib Qəriblə "Marş"da olmaqla görəcəksiniz...https://www.youtube.com/watch?v=g2xYnuB5S-c&feature=youtu.be

      Комментарии